UNESCO-dan İtaliya mətbəxi ilə bağlı qərar: artıq bu yeməklər qoruma altındadır

UNESCO-dan İtaliya mətbəxi ilə bağlı qərar: artıq bu yeməklər qoruma altındadır Dünya

UNESCO ilk dəfə olaraq ayrı-ayrı yeməkləri deyil, bütöv bir milli mətbəxi qeyri-maddi mədəni irs kimi tanıyıb. Qərar təşkilatın 10 dekabr tarixli Baş Assambleyasında elan edilib. Bununla da pasta, mozzarella, zeytun yağı, tiramisu, şərab və sevilən bütün italyan yeməkləri rəsmi şəkildə UNESCO tərəfindən qoruma altına götürülüb.

News24.az xəbər verir ki, qurum italyan mətbəxinin sadəcə qida deyil, özünə və yaxınlara qayğı göstərmək, sevgini ifadə etmək, köklərlə bağ qurmaq və yemək vasitəsilə şəxsi hekayəni paylaşmaq forması olduğunu vurğulayıb.

İtaliyanın Baş naziri Corca Meloni qərara reaksiya verərək bildirib ki, bu tanınma onlar üçün böyük qürur mənbəyidir: “Biz italyanlar üçün mətbəx sadəcə yemək deyil. Bu, mədəniyyət, ənənə, zəhmət və sərvətdir”.