Uşaqlar üçün sosial şəbəkə qadağan olunur - Bu ölkələrdən sərt qərarlar!

Uşaqlar üçün sosial şəbəkə qadağan olunur - Bu ölkələrdən sərt qərarlar! Dünya

Yunanıstan hakimiyyəti 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişin qadağan edilməsi barədə qərar qəbul edib.

News24.az xəbər verir ki, bu gün Yunanıstanın baş naziri Kiryakos Mitsotakis bununla bağlı rəsmi açıqlama verəcək.

Qeyd edək ki, Türkiyə parlamentinin də 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun layihəsinin müzakirəsinə başladığı bildirilib. Bu təşəbbüs onlayn platformaları yaş təsdiqləmə sistemləri tətbiq etməyə, valideyn nəzarəti alətləri təqdim etməyə və zərərli məzmunu operativ şəkildə bloklamağa məcbur edir.

“Associated Press” agentliyinin məlumatına görə, tələblər onlayn oyun hazırlayan şirkətlərə də şamil olunacaq. Onlar Türkiyədə öz nümayəndələrini təyin etməlidirlər. Yeni qaydalara əməl etməyən platformaları cərimələr və internet sürətinin məhdudlaşdırılması gözləyir.