ÜST: Konqoda Ebola qurbanlarının sayı 967-yə çatıb

ÜST: Konqoda Ebola qurbanlarının sayı 967-yə çatıb      Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının genişləndiyini açıqlayıb.

News24.az xəbər verir ki, təşkilatın məlumatına görə, ölkədə indiyədək 2 423 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Virus səbəbindən 967 nəfər ölüb, 469 nəfər isə sağalıb.

ÜST bildirib ki, epidemiya hazırda ölkənin 5 əyalətini əhatə edir. Yoluxmaların və ölüm hallarının böyük hissəsi İturi əyalətində qeydə alınıb.

Qurumun nümayəndəsi Tierno Balde qeyd edib ki, bəzi bölgələrdə vəziyyət sabitləşməyə başlasa da, epidemiya hələ də nəzarət altına alınmayıb. Onun sözlərinə görə, səhiyyə qurumları yoluxmanın qarşısını almaq üçün təhlükəsiz dəfn mərasimləri, xəstələrin vaxtında yönləndirilməsi və müalicə imkanlarının genişləndirilməsi istiqamətində tədbirləri gücləndirir.