“Uzak Şehir”in akyorları yeni layihədə

“Uzak Şehir”in akyorları yeni layihədə Dünya

Hilal Saralın idarə etdiyi “İstanbul” adlı mini serialın çəkilişləri zamanı Sinem Ünsal və Ozan Akbaba xüsusi geyimdə kamera qarşısına keçiblər.

News24.az xəbər verir ki, "Kanal D"nin rekord qıran “Uzak Şehir” serialının ulduzları bu dəfə Türkiyənin tanıdılması məqsədilə hazırlanmış layihədə iştirak ediblər.

Turizm Nazirliyinin “Go Türkiye” kampaniyası çərçivəsində hazırlanan və 72 ölkədə nümayiş etdirilməsi planlaşdırılan mini serial, İstanbulun tarixi və turistik məkanlarında lentə alınıb.

Layihənin ölkənin beynəlxalq imicinə töhfə verəcəyi gözlənilir.