Uzun müddət sonra ilk dəfə ayağa qalxdı - Foto
Dünya
Məşhur türkiyəli aktyor Kadir İnanır müalicə aldığı müddət ərzində (1 il 5 ay) ərzində ilk dəfə ayağa qalxıb.
News24.az xəbər verir ki, bu haqda onun həkimi Canan Kaftancıoğlu paylaşım edib.
“İndi əziz Kadir İnanırla foto paylaşa bilərik. Həm də ayaq üstdə. Bir həkim olaraq əminliklə deyə bilərəm ki, bu foto Kadir İnanırın inadının və qətiyyətinin nəticəsidir. O, sözün hər mənasında Kadir İnanırdır”, - o, paylaşımına əlavə edib. (Qafqazinfo)