"Vaşinqton İrəvan və Bakı üçün vasitəçi deyil"

"Vaşinqton İrəvan və Bakı üçün vasitəçi deyil" Dünya
“ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək niyyətində deyil"

News24.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib. Ned Prays bildirib ki, tərəflər məsələləri özləri könüllü şəkildə həll etməlidir.

"Vaşinqton İrəvan və Bakı üçün vasitəçi deyil, yalnız tərəfdaşdır. ABŞ tərəflərin yaxınlaşması üçün səy göstərir. Biz bu yaxınlaşmanı həm sözdə, həm əməldə göstəririk. Bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik.  Çalışırıq ki, iki ölkə arasında uzunmüddətli münaqişənin həll edilsin və razılıq əldə olunsun”.

Aynurə