Vaşinqton metrosunda qəza: 11 nəfər yaralandı

Vaşinqton metrosunda qəza: 11 nəfər yaralandı Dünya

ABŞ-nin paytaxtı Vaşinqtonda metroda baş verən qəza nəticəsində 11 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə nəqliyyat idarəsinin "X" sosial şəbəkəsində məlumat yayılıb.

Bildirilib ki, xidmət maşını xətdə dayanmış qatarla toqquşub. Hadisə "Center" metro stansiyasında baş verib və xəsarət alanların vəziyyəti yüngül qiymətləndirilir.

Qurumun rəhbəri Rendi Klark qeyd edib ki, bütün zərərçəkənlər stansiyanı özləri tərk ediblər. Qatar cüzi zədələnib, infrastrukturda isə ciddi zərər qeydə alınmayıb.

Hadisənin səbəbləri araşdırılır, lakin insidentin terror aktı və ya qəsdən müdaxilə ilə bağlı olmadığı bildirilir. (Oxu.az)