Vəhşi fil turistlərə hücum etdi - Ölən var

Vəhşi fil turistlərə hücum etdi - Ölən var Dünya

Kamerunda dağ yürüşünə çıxan turistlərə vəhşi fil hücum edib.

News24.az xəbər verir ki, səyahətçilərdən ibarət qrupda dörd britaniyalı, bir amerikalı və bir isveçrəli olub.

Turistlər dağa qalxarkən fil sürüsü ilə qarşılaşıblar. Ehtimal olunur ki, heyvanlar insanların yaxınlaşmasını balaları üçün təhlükə kimi qəbul edərək aqressiv davranmağa başlayıblar.

Turistlər qaçmağa çalışıblar. Bu zaman isveçrəli turist xəndəyə yıxılıb və fil onu dişi ilə öldürüb. Daha üç turist müxtəlif dərəcəli xəsarətlər alıb.