Faciə: Vəhşi qaban ovçunu öldürdü
Dünya
Türkiyənin Ərzincan vilayətində ov zamanı faciəvi hadisə baş verib.
News24.az xəbər verir ki, Ərzincanda bostan ərazisində dostları ilə birlikdə ov edən 54 yaşlı Hüseyn Ü. vəhşi qabanın hücumuna məruz qalıb. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları və 112 Təcili Tibbi Yardım briqadaları cəlb edilib.
Aparılan tibbi müayinə nəticəsində Hüseyn Ü.-nin hadisə yerində həyatını itirdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.