Vəliəhd İsraillə müqavilə bağlasa, - öldürülməkdən qorxur

Vəliəhd İsraillə müqavilə bağlasa, - öldürülməkdən qorxur Dünya

ABŞ-ın “Politico” xəbər saytının məlumatına görə, Səudiyyə şahzadəsi Məhəmməd Bin Salman “İsrail ilə münasibətlərimizi normallaşdırmaq səyləri həyatımı riskə atıb” deyib. 

News24.az xəbər verir ki, Salman bu narahatlıqlarını amerikalı konqresmenlərə çatdırıb.

O, ölkəsi ilə İsrail arasında münasibətləri normallaşdıracağı təqdirdə öldürüləcəyindən narahat olduğunu bildirib. 

Ərəblərin Qəzza müharibəsindən sonra İsrailə qarşı qəzəbinə diqqət çəkən Səudiyyə vəliəhdi, İsraillə razılığa gəlmək üçün konkret zaman cədvəlinin yaradılması və Fələstin dövlətinin qurulması istiqamətində addımların atılmasının vacibliyini də vurğulayıb.

"Bu vəziyyət Səudiyyə xalqı və bütün Yaxın Şərq ölkələrinin xalqları üçün vacibdir. Əgər regionumuzun ən böyük problemini nəzərə almasam, müqəddəs torpaqların qoruyucusu kimi reputasiyasıma xələl gələcək" dedi.

Günel Məlikzadə