Venesuela üçün təhlükəli ssenari: Tramp açıqladı

Venesuela üçün təhlükəli ssenari: Tramp açıqladı Dünya

Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesin ABŞ ilə əməkdaşlığı dayandıracağı təqdirdə Vaşinqtonun bu ölkədə ikinci hərbi əməliyyata başlaya biləcəyi bildirilib.

News24.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

O qeyd edib ki, ABŞ hazırda Venesuela ilə müharibə vəziyyətində deyil.

Trampın sözlərinə görə, Venesuelada növbəti 30 gün ərzində seçkilərin keçirilməsi nəzərdə tutulmur, çünki əvvəlcə ölkədə mövcud vəziyyətin stabilləşdirilməsi vacibdir.

Qeyd edək ki, yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlılarının Venesuela Prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxladığı iddia olunur. Bildirilir ki, onlar ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka aparılıb.