Venesuelada onlarla media nümayəndəsi saxlanıldı

Venesuelada onlarla media nümayəndəsi saxlanıldı Dünya

Venesuelada paytaxt Karakasda keçirilən siyasi tədbirləri işıqlandıran onlarla media işçisi saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Milli Mətbuat Assosiasiyası (SNTP) məlumat yayıb.

Bildirilib ki, jurnalistlər Nikolas Maduronu dəstəkləyən yürüşü və yeni qanunverici orqanın andiçmə mərasimini izləyərkən saxlanılıb. SNTP-nin açıqlamasına görə, saxlanılan 14 nəfər sonradan sərbəst buraxılıb, onlardan biri isə deportasiya edilən xarici jurnalist olub.

Assosiasiya qeyd edib ki, saxlanılanlar arasında beynəlxalq media qurumları ilə çalışan 11 nəfər və bir yerli media nümayəndəsi var. Venesuela hökuməti və rəsmi qurumlar həbslərlə bağlı açıqlama verməyib.