Venesuelada siyasi məhbuslar azadlığa buraxılır

Venesuelada siyasi məhbuslar azadlığa buraxılır Dünya

Venesuelada prezident Nikolas Maduronun ABŞ-də həbsindən sonra ölkədə siyasi məhbuslar da daxil olmaqla çoxsaylı şəxslər azadlığa buraxılıb.

News24.az-ın məlumatına görə, Milli Assambleyanın sədri Xorxe Rodrigez dövlət televiziyasına açıqlamasında bildirib ki, bu addım ölkədə sülhü və ictimai birliyi gücləndirmək məqsədi daşıyır. O, prosesə töhfə verən beynəlxalq vasitəçilərə də təşəkkür edib.

Venesuela Baş prokurorluğu isə azadlığa buraxılmaların ölkənin qanunvericiliyinə uyğun həyata keçirildiyini açıqlayıb. Hazırda azad edilənlərin dəqiq sayı açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-nin hava hücumlarından və Maduronun həbsindən sonra vitse-prezident Delsi Rodrigez 5 yanvar tarixində müvəqqəti prezident kimi and içib.