Vergi gəlirləri artdı

Vergi gəlirləri artdı Dünya

Almaniyada vergi gəlirləri aprel ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,2 faiz artıb.

Almaniya Maliyyə Nazirliyi bildirib ki, nəzərəçarpacaq artım əsasən dövlət vergilərindəki birdəfəlik təsir hesabına baş verib. Burada daxilolmalar əvvəlki illə müqayisədə 190 faizdən çox artıb.

News24.az xəbər verir ki, aprel ayında ümumi vergi daxilolmaları 64,08 milyard avroya çatıb.

Vergi daxilolmaları yanvar-aprel dövründə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 286,34 milyard avroya çatıb.

Hesabatda qeyd olunub ki, son zamanlar həm sənaye istehsalı, həm də ixrac artsa da, vergi gəlirlərini artıracaq ciddi hərəkətverici qüvvələr hələlik gözlənilmir.

Hesabata görə, vergi ekspertləri 2025-ci ildə gəlirlərin əvvəlki illə müqayisədə 3,7 faiz artaraq 893,3 milyard avroya çatacağını proqnozlaşdırırlar.

Günel Məlikzadə