Starmer vəzifədən gedərsə… – Partiyada narahatlıq artır

Starmer vəzifədən gedərsə… – Partiyada narahatlıq artır Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmerin gələn il vəzifəsindən könüllü şəkildə gedə bilər. Bu, Leyborist Partiyası daxilində narahatlıq yaradıb.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, Starmerin postunu tərk edəcəyi təqdirdə baş tutacaq seçkilər leyboristlər üçün zəif nəticələrlə yekunlaşa bilər.

Mənbələr bildirir ki, Baş nazirin davranışları da bu ehtimalları gücləndirir. Sosial sorğularda partiyasının reytinqi rekord dərəcədə aşağı düşsə də, Starmerin son vaxtlar daha sakit, geri çəkilmiş görünməsi diqqət çəkib. Həmçinin Beynəlxalq Kişilər Günü münasibətilə paylaşdığı qeyri-adi təbrikin də “vida mesajı” ola biləcəyi qeyd edilir.