Vəziyyət dəyişir: - "Rusiya həyəcan təbili çalır"

Vəziyyət dəyişir: - "Rusiya həyəcan təbili çalır" Dünya

“Rusiya hərbi müxbirləri həyəcan təbili çalır, qüvvələrinin müdafiə potensialı şübhə altındadır”.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat yayılıb.

Bildirilib ki, Ukrayna ordusu Zaporojye vilayətinin qərbində Rabotino yaxınlığında əks-hücum əməliyyatlarını davam etdirir və uğurla irəliləyir.

Ukrayna qüvvələrinin Rabotino bölgəsindəki uğurunu Baş Qərargah da təsdiqləyib. 

Ukrayna ordusunun Novodanilivka - Novopokrovka (Orexovdan 5-13 km cənub) və Malaya Tokmaçka - Oçeretovatoe (Orexovdan 9-25 km cənub-şərq) istiqamətlərində uğur qazandığını açıqlanıb.

Ayşən