"Vəziyyətimiz heç də yaxşı deyil" - Pezeşkian

"Vəziyyətimiz heç də yaxşı deyil" - Pezeşkian Dünya

İran prezidenti Məsud Pezeşkian mediada çıxışlarının bəzi hissələrinin kəsilməsini tənqid edərək ölkədəki mövcud durumun yaxşı olmadığını etiraf edib.

News24.az xəbər verir ki, Pezeşkian bildirib ki, o, yalan vədlər verməyi və ya ölkədə vəziyyətin çox yaxşı olduğunu söyləməyi bacarmır.

“Açığı, vəziyyətimiz heç də yaxşı deyil. Ancaq bu, mövcud durumun öhdəsindən gələ bilməyəcəyimiz anlamına gəlmir”, – deyə prezident qeyd edib.

O, problemlərin birlikdə və əməkdaşlıq şəraitində həll edilə biləcəyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, ilk növbədə mövcud çətinlikləri etiraf etmək, daha sonra isə onların aradan qaldırılması üçün çalışmaq lazımdır.