Vurulan qırıcıdan sağ çıxan amerikalı əsgərin yanına gedib görün nə dedi

Vurulan qırıcıdan sağ çıxan amerikalı əsgərin yanına gedib görün nə dedi Dünya

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda "United States Central Command" (CENTCOM) Küveytdə üç ABŞ döyüş təyyarəsinin “dost atəşi” nəticəsində vurulduğunu açıqlayıb.

News24.az xəbər verir ki, ABŞ-yə məxsus qırıcı təyyarələr Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən hədəfə alınıb. Hadisə nəticəsində altı ekipaj üzvü katapult edərək təhlükəsiz şəkildə yerə enib. Onların hamısının vəziyyətinin stabil olduğu qeyd olunub.

Sosial şəbəkədə yayılan görüntülərdə paraşütlə yerə enən ABŞ hərbçilərindən birinə Küveyt vətəndaşının yaxınlaşdığı əks olunub. Kadrlarda həmin şəxsin əsgərə, - “yaxşısan, yər şey qaydasındadır?” - dediyi, daha sonra isə, - “bizə kömək etdiyiniz üçün təşəkkür edirik”, - dediyi eşidilir.

Hadisə sosial şəbəkədə yayılıb və çox sayda izlənərək gündəm olub.