Vyetnamda koronaburgerlər satışa çıxarılıb - FOTO

Vyetnamda koronaburgerlər satışa çıxarılıb - FOTO Dünya
Vyetnamın paytaxtı Hanoyda koronaburgerlər satışa çıxarılıb.

Hoanq Tunq adlı aşpaz müştərilərin diqqətini cəlb etmək üçün üzərində koronavirusa bənzər çıxıntıları olan burgerlər hazırlayıb.
Satışın ilk günündə 50-yə yaxın koronaburger satılıb.
Qeyd edək ki, bu günədək Vyetnamda 148 nəfər koronavirusa yoluxub. /Trend/