"WhatsApp" Rusiyada tam bloklana bilər

"WhatsApp" Rusiyada tam bloklana bilər Dünya

“WhatsApp” messencerinin yaxın vaxtlarda Rusiyada tam bloklana biləcəyi bildirilir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nəzarət Xidməti (Roskomnadzor) məlumat yayıb.

Qeyd edilir ki, platforma terror fəaliyyətlərinin təşkili, cinayətə cəlbetmə və dələduzluq sxemləri üçün istifadə olunur.

Məhdudiyyətlər fonunda istifadəçilərə milli servislərə keçid tövsiyə edilir.