"WhatsApp"dan səsli mesajlarla bağlı - YENİLİK

"WhatsApp"dan səsli mesajlarla bağlı - YENİLİK Dünya
"WhatsApp" yeni funksiyası ilə istifadəçilərin işini daha da asanlaşdıracaq.

News24.az
xəbər verir ki, şirkət səsli mesajları mətnə çevirəcək funksiya üzərində çalışır.

İstifadəçilər istəsələr bu funksiyanı deaktiv edə bilərlər.

Yeni funksiya həmçinin səsli mesajlarda axtarış etmə imkanı da yaradacaq. 

Qumral Əliyeva