“Wikipedia”ya yeni rəqib gəldi - Foto
Dünya
Amerikalı sahibkar İlon Maska məxsus “xAI” süni intellekt şirkəti “Wikipedia” onlayn ensiklopediyasına alternativ olan “Grokipedia” layihəsini istifadəyə verib.
News24.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hazırda resursda 885,2 mindən çox məqalə yer alır. “Grokipedia”nın əsas səhifəsində istifadəçilərin axtarış sorğularını daxil edə biləcəyi axtarış sətri mövcuddur.
Sentyabrın əvvəlində İlon Mask “Wikipedia”da mühafizəkar fəal Çarli Kirk haqqında “ağ millətçi” ifadəsinin yer alması ilə bağlı ensiklopediyanın maliyyələşdirilməsinin dayandırılması çağırışını dəstəkləmişdi.
Sentyabrın sonunda o bildirmişdi ki, “xAI” “Wikipedia”nı yenidən yaradacaq, burada sitat gətirilməsi qadağan olunan media qurumlarını da nəzərə alacaq və nəticələri açıq şəkildə dərc edəcək.
Daha sonra Mask əlavə edib ki, süni intellekt “Grok” üzərində çalışan “xAI” şirkəti “Grokipedia” adlı yeni layihə yaradacaq.