"Xalqla bağlı davranışımızı yenidən nəzərdən keçirməliyik"
Dünya
İran prezidenti Məsud Pezeşkian xarici qüvvələrin müdaxiləsinə bəhanə yaranmaması üçün ölkə hakimiyyətini vətəndaşlara münasibətdə öz addımlarını yenidən nəzərdən keçirməyə çağırıb.
News24.az xəbər verir ki,bu barədə “Tasnim News” məlumat yayıb.
“Son təcrübə göstərdi ki, qatı düşmənlər, o cümlədən İsrail və onun Qərbdəki himayədarları daim təxribat törətməyə, nifaq salmağa və İranı parçalamağa çalışırlar. Onlar sosial tələblərdən istifadə edərək etirazları vətəndaş müharibəsinə çevirməyə cəhd etdilər”, – deyə İran prezidenti bildirib.
Pezeşkian vurğulayıb ki, hakimiyyət orqanları dinc etiraz edənləri dinləməli və onların real problemlərini həll etməlidir: “Biz xalqla bağlı davranışımızı və addımlarımızı yenidən nəzərdən keçirməliyik ki, etirazları nifrətin qızışdırılmasına çevirmək istəyən bədniyyətli qüvvələrə bəhanə verməyək”.