Xamenei atəşkəs əmri verdi
Dünya
Ötən gün İranın dövlət televiziyası ABŞ prezidenti Donald Trampın mümkün atəşkəs elanından təxminən iki saat sonra İranın yeni ali lideri Müctəba Xameneyinin atəşkəs əmri verdiyini bildirib.
News24.az xəbər verir ki, yayımlanan bəyanatda atəşkəs əmrinin ölkənin bütün hərbi hissələrinə göndərildiyi və hərbi strukturların əmrlərə tam şəkildə tabe olması tələb edilib.
"Bu, müharibənin sonu deyil, lakin bütün hərbi strukturlar əmrə tabe olmalı və atəşi dayandırmalıdırlar”, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, Müctəba Xameneyi son 40 gündür ictimaiyyət qarşısına çıxmayıb.
Daha öncə “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən onun Qum şəhərində ağır vəziyyətdə müalicə olunduğunu, komada qaldığını və qərar qəbul etmək imkanının məhdud olduğunu yazıb. /Azad İran