"Xamenei sağdır və ölkəni idarə edir" - İran XİN
Dünya
İranın Ali dini lideri Müctəba Xameneinin sağlamlıq vəziyyəti yaxşıdır və ölkəni idarə etməyə davam edir.
News24.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“O, yaxşı vəziyyətdədir və hər şeyi nəzarətdə saxlayır", - deyə Xətibzadə qeyd edib.
Xameneinin nadir hallarda ictimaiyyət qarşısına çıxması ilə bağlı suala cavab verən Xətibzadə bunun son dərəcə təhlükəli vəziyyətlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ bütün beynəlxalq qanunları pozaraq dövlət başçısını öldürüb.