Xamenei sülh təklifini rədd etdi

Xamenei sülh təklifini rədd etdi Dünya

İranın ali dini lideri Müctəba Xamenei vasitəçi ölkələrlə təqdim olunan sülh təkliflərini rədd edib.

News24.az xəbər verir ki, o, “indi bunun vaxtı deyil” mesajı ilə danışıqlara açıq olmadığını bildirib.

"Reuters" agentliyinə danışan yüksəkvəzifəli iranlı rəsminin sözlərinə əsasən, Xamenei hesab edir ki, əvvəlcə ABŞ və İsrail döyüş meydanında məğlub edilməli, daha sonra isə İrana təzminat ödənilməlidir. Bu yanaşma regionda onsuz da yüksək olan gərginliyin daha da artacağı ehtimalını gücləndirir.

Qeyd edək ki, Müctəba Xamenei fevral ayında hücum nəticəsində öldürülmüş Əli Xameneidən sonra hakimiyyətə gəlib. Onun rəhbərliyi ilə İran daxilində qərar qəbuletmə mexanizmlərində daha sərt və güzəştsiz mövqe müşahidə olunur.