Xameneinin "B" planı - Bu ölkəyə qaçacaq

Xameneinin "B" planı - Bu ölkəyə qaçacaq Dünya

İranda iğtişaşlar güclənərsə və təhlükəsizlik qüvvələri etirazları yatırtmaqda aciz qalarsa və ya mövqelərini tərk edərsə, İranın Ali Rəhbəri Əli Xamenei Moskvaya qaçmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “The Times” qəzeti əldə etdiyi kəşfiyyat hesabatına istinadən məlumat yayıb.

Məlumata əsasən, “B planı” Xamenei və onun 20 nəfərə qədər yaxın çevrəsini və ailə üzvlərini əhatə edir.

Mənbənin sözlərinə görə, onlar zərurət yaranacağı halda Tehrandan çıxmaq üçün qaçış marşrutu planlaşdırıblar və bu plan təhlükəsiz çıxışı təmin etməyi, xaricdə aktivlərin, mülklərin və nağd vəsaitin toplanmasını da nəzərdə tutur.

Nəşr həmçinin qeyd edib ki, Xamenei iyun ayında İsraillə baş verən 12 günlük müharibədən sonra həm zehni, həm də fiziki baxımdan daha zəifdir.