Xameneinin müşaviri vəfat etdi
Dünya
İranın ali liderinin müşaviri və İslam Respublikasının Strateji Beynəlxalq Münasibətlər Şurasının rəhbəri Kamal Xərrazi ötən həftə Tehrana edilən bombardmanlardan birində aldığı yaralardan vəfat edib.
News24.az xəbər verir ki, bu barədə İranın “Press TV” kanalı məlumat yayıb.
“Xərrazi ABŞ-İsrail hücumu nəticəsində aldığı yaralardan dünyasını dəyişib", — deyə məlumatda bildirilib.
Qeyd edək ki, aprelin 1-də “Al Hadath” telekanalı Kamal Xərrazinin Tehranın bombardmanı zamanı yaralandığı və ağır vəziyyətdə olduğu barədə məlumat yayıb. Həmçinin hücüm zamanı Xərrazinin həyat yoladışının həlak olduğu bildirilib.
Həmin vaxt İran hakimiyyəti bu məlumatı şərh etməyib.