Xamneyidən həm xəbərdarlıq, - həm də açıq qapı

Xamneyidən həm xəbərdarlıq, - həm də açıq qapı Dünya

Xamneyi paytaxt Tehranda islahatçı prezident Məsud Pezeşkiyan və kabineti ilə görüşüb.

News24.az NTV-yə istinadən xəbər verir ki, o, Amerika administrasiyası ilə danışıqlara qapını açıq qoysa da, Pezeşkian və hökumətinə Vaşinqtona etibar etməmək barədə xəbərdarlıq edib.

Xamenei, "Ümidimizi düşmənə bağlamamalıyıq. Planlarımızı davam etdirmək üçün onların təsdiqini gözləməməliyik. Lakin bəzi bölgələrdə düşmənlə işləməklə ziddiyyət təşkil etmir. Buna heç bir maneə yoxdur" dedi.

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin bu sözləri ABŞ-la nüvə proqramı ilə bağlı danışıqlara qapını açıq qoymaq kimi şərh edilib.

İclasda həmçinin 2015-ci ildə nüvə sazişinin əldə olunmasına kömək edən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.

Eyni zamanda, Xamneyinin sözləri ilə bağlı Amerika Dövlət Departamentindən açıqlama verilib.

“Əgər İran ciddilik nümayiş etdirmək və ya yeni yanaşma nümayiş etdirmək istəyirsə, nüvə gərginliyini artırmağı dayandırmalı və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa başlamalıdır".

Günel Məlikzadə