Xanım prezidentə hücum: Qucaqlayıb öpmək istədi - Video

Xanım prezidentə hücum: Qucaqlayıb öpmək istədi - Video Dünya

Meksika prezidenti Klaudiya Şeinbaum küçədə naməlum şəxsin hücumuna məruz qalıb.

News24.az “The Associated Press”ə istinadən xəbər verir ki, həmin şəxs xanım prezidenti qucaqlayıb öpməyə və sinəsinə toxunmağa cəhd edib.

Hadisə dövlət başçısı küçədə vətəndaşlarla söhbət edərkən baş verib. Klaudiya Şeinbaum sakit reaksiya göstərib, kişinin əllərini kənara itələyərək arxaya dönüb və gülümsəyib.

Mühafizə əməkdaşları dərhal müdaxilə edərək şəxsi zərərsizləşdirməyə çalışıblar. Videogörüntüdə onun hadisə zamanı sərxoş vəziyyətdə olduğu görünür. Lakin prezident mühafizəyə “narahat olmayın” deyə müraciət edib.

Qeyd olunur ki, Klaudiya Şeinbaum tez-tez vətəndaşlarla görüşlər keçirir, onlarla əl sıxır və izdiham arasında selfi çəkdirir. Prezident Administrasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Hadisənin videosu qısa müddətdə sosial şəbəkədə yayılıb. Videonu izləyən istifadəçilər siyasətçilərin təhlükəsizliyinin zəif təşkil olunmasını tənqid ediblər.