Xersonda ukraynalı diversantlar zərərsizləşdirildi

Xersonda ukraynalı diversantlar zərərsizləşdirildi Dünya


Rusiya hərbçiləri Xerson vilayətində ukraynalı diversantları zərərsizləşdirib.

News24.az Axar.az-a istinadla verir ki, bu barədə vilayət qubernatorunun mətbuat katibi Vladimir Vasilenko bildirib.

“Ukraynalı diversantlar Qolopristanski rayonundakı Tendra çuxuruna enməyə cəhd edərkən məhv edilib", - məlumatda deyilib.

Qeyd edək ki, Tendra Qara dənizin şimal-qərb sahili yaxınlığında yerləşən adadır. Xerson vilayətinə aiddir.