Xəstənin bədənində müharibə sursatı tapıldı

Xəstənin bədənində müharibə sursatı tapıldı Dünya

Fransanın Tuluza şəhərində bir xəstənin düz bağırsağında Birinci Dünya Müharibəsindən qalma partlamamış artilleriya mərmisi aşkarlanıb.

News24.az xəbər verir ki, hadisədən sonra xəstəxanada fövqəladə vəziyyət elan olunub və əməliyyat otağının bir hissəsi boşaldılıb.

Rentgen müayinəsi ilə müəyyən edilən sursat bomba zərərsizləşdirmə mütəxəssislərinin nəzarəti altında cərrahi yolla çıxarılıb. Obyektin partlamadığı bildirilib.