Yaşayış binası yandı, ölənlər var – Bu ölkədə

Yaşayış binası yandı, ölənlər var – Bu ölkədə Dünya

Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər tüstüdən zəhərlənib.

News24.az xəbər verir ki, hadisə Lion ətrafındakı Dekin kommunasında yeddi mərtəbəli binada baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 50 nəfər təxliyə olunub.

Hadisə ilə bağlı Lion prokurorluğu istintaq başladıb. (APA)