Yaponiya 2 ildən sonra xarici turistləri qəbul etdi

Yaponiya 2 ildən sonra xarici turistləri qəbul etdi Dünya
Yaponiya hökuməti Kovid-19 epidemiyası səbəbilə bağladığı sərhəd qapılarını təxminən 2 ildən sonra xarici turistlərin üzünə açdı.

News24.az Anadolu agentliyinə istinadla xəbər verir ki, hökumətin qərarına uyğun olaraq, Yaponiya Turizm Agentliyi (JTA) yeni müddətə turist qəbulu direktivini elan etdi.

Direktiv çərçivəsində ölkələr yeni dövrdə "müsbət hal kursuna görə" 3 bölməyə bölünəcək.

Aşağı risk qrupuna daxil olan ölkələrdən girişdə karantin və Kovid-19 test şərtləri tələb olunmayacaq.

Hazırda bu qrupa ABŞ, Böyük Britaniya, Çin və Cənubi Koreya daxil olmaqla 98 ölkə və region daxildir.

Orta risk qrupuna daxil olan sərnişinlər üçün Kovid-19-a qarşı 3 doza peyvənd tələb olunacaq.

Peyvənd olunanlar karantindən və müayinədən azad olunacaqlar.

Peyvənd olunduğunu sənədləşdirə bilməyənlər və yüksək riskli hesab edilən ölkələrdən olan sərnişinlər Kovid-19 testi verməli olacaq.

Qeyd edək ki, xarici turistlərdən səyahətləri zamanı maska taxmaq və şəxsi tibbi sığorta tələb olunacaq.