Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı Dünya

Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az xəbər verir ki, diplomat Moskvanın Smolenskaya meydanında yerləşən XİN binasına gələrkən jurnalistlərin suallarını cavablandırmayıb.

Muto təxminən 25 dəqiqə sonra nazirlik binasını tərk edib. Səfir çıxışda da jurnalistlərə açıqlama verməyib.

Diplomatın Rusiya XİN-ə çağırılmasının səbəbi Tokionun Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının tərkibindəki İturup adasına səfəri ilə bağlı etirazı olub. Rusiya tərəfi Yaponiyanın reaksiyasını qəbuledilməz hesab edir.

Qeyd edək ki, Muto daha əvvəl də XİN-ə çağırılmışdı, lakin səfirin həmin görüşə gəlmədiyi bildirilmişdi. Rusiya tərəfi bundan narazılığını ifadə etmişdi.