Yaponiya və İran nüvə sazişi ilə bağlı masaya oturacaq - masaya oturacaq
Dünya
Yaponiya və İran nüvə sazişini yenidən gündəmə gətiriblər.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yaponiya tərəfindən 2015-ci ildə imzalanan, lakin ABŞ-ın birtərəfli qaydada nüvə sazişindən çıxmasından sonra faktiki olaraq ləğv edilən nüvə sazişini canlandırmaq üçün planın təqdim edildiyini bildirib.
News24.az xəbər verir ki, bu barədə Abdullahian Yaponiyanın “Kyodo” Xəbər Agentliyinə açıqlamasında deyib.
Tokio rəhbərliyi İran və 5+1 qrupu arasında danışıqların yenidən başlaması planını təqdim edib. Biz Yaponiyanın nüvə anlaşmasının canlandırılmasında konstruktiv rolunu dəstəkləyirik”.
Xarici işlər naziri Yaponiyanın istənilən təşəbbüsünün İranın maraqlarına uyğun olması şərti ilə Tehran tərəfindən müsbət qiymətləndiriləcəyini bildirib. Yaponiyanın təklif etdiyi planla bağlı ətraflı məlumat verməyən Abdullahian qeyd edib ki, bu təklifi avqust ayında Tokioya səfəri zamanı alıb.
Qeyd edək ki, 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri olan ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında sanksiyaların ləğvi müqabilində Tehranın nüvə fəaliyyətlərinin tənzimlənməsi və nəzarəti altına alındığı saziş imzalanıb.
Ayşən