Yaponiyada güclü zəlzələ oldu
Dünya
Yaponiyanın Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 05:24-də baş vermiş zəlzələnin episentri Hokkaydodakı Obihiro şəhərindən 42 km qərbdə yerləşib.
Episentrdə silkələnmənin intensivliyinə görə, zəlzələ dağıdıcı kimi qiymətləndirilib.
Amerika seysmoloqlarının məlumatına əsasən, zəlzələnin ocağı 81 km dərinlikdə yerləşib. /İnterfax/