Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı verildi

Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı verildi Dünya

Yaponiyada 7,4 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, yeraltı təkanlar Honşu adasının şərq sahillərində qeydə alınıb. Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Hadisə səbəbindən Aomori prefekturası istiqamətində yüksək sürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Məlumata görə, zəlzələ təxminən 13 kilometr dərinlikdə baş verib və bəzi sahil ərazilərində sunami dalğaları müşahidə olunub.