Yaponiyadan iddialı layihə: Neftə ehtiyac azalacaq

Yaponiyadan iddialı layihə:  Neftə ehtiyac azalacaq Dünya

"Shimizu Corporation" şirkətinin irəli sürdüyü layihəyə görə, Ayın ekvatoru boyunca nəhəng günəş panelləri zolağı qurulacaq.

News24.az xəbər verir ki, “Ay halqası” adlanan bu sistem daimi günəş enerjisi istehsal etməyi hədəfləyir.

Layihə xüsusilə Fukuşima Daiiçi nüvə fəlakəti hadisəsindən sonra alternativ enerji mənbələrinə marağın artması ilə yenidən diqqət çəkib.

Plana əsasən, Ayda toplanan enerji Yerə ötürülərək elektrik enerjisinə çevriləcək. Bu yanaşma hidrogen istehsalına da imkan yarada və qazıntı yanacaqlarından asılılığı azalda bilər.

Lakin mütəxəssislər bildirirlər ki, layihənin əsas çətinliyi onun çox baha başa gəlməsidir.