Yarıçılpaq Tramp ağ ayının belində - Foto
Dünya
Britaniyanın “The Economist” jurnalı növbəti sayının üz qabığında ABŞ prezidenti Donald Trampı yarıçılpaq halda ağ ayının belində təsvir edib.
News24.az xəbər verir ki, jurnalda dərc olunan məqalə “Donald Trampdan qaynaqlanan əsl təhlükə” adlanır. Üz qabığı qırmızı fon üzərində qurulub və fotoda belinə qədər çılpaq, sərt baxışlı Amerika lideri təsvir olunub.
Nəşrin saytında dərc olunan məqalədə bildirilir ki, Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda demək olar ki, barışdırıcı mövqe nümayiş etdirib. Tramp Qrenlandiya üzərində hüquq, titul və mülkiyyət iddialarını davam etdirsə də, gömrük rüsumlarından imtina edib, lakin güc tətbiqini tam istisna etməyib.
Vurğulanıb ki, taktiki geri çəkilməyə baxmayaraq, ciddi risklər qalmaqdadır.
Daha əvvəl bildirilib ki, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Qrenlandiya ilə bağlı gələcək razılaşmanın əsaslarını hazırlayıblar.