Yarıçılpaq şəxs küçədə insanlara hücum etdi – Bu ölkədə

Yarıçılpaq şəxs küçədə insanlara hücum etdi – Bu ölkədə Dünya

Şotlandiyanın paytaxtı Edinburqda bıçaq və balta ilə törədilən hücum nəticəsində beş nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.

Hadisə iyunun 19-u axşam saatlarında baş verib. Yerli vaxtla təxminən saat 20:50-də (Bakı vaxtı ilə 23:50) polisə Edinburqun qərb hissəsində, məscidin yaxınlığında baş vermiş hücum nəticəsində iki nəfərin yaralanması barədə məlumat daxil olub.

Daha sonra yarıçılpaq vəziyyətdə olan 36 yaşlı kişi daha üç nəfərə, o cümlədən daşınmaz əmlak agentliyinin yaxınlığında hücum edib. Bundan başqa, o, yanacaqdoldurma məntəqəsində bir neçə avtomobilə ziyan vurub, mağazalardan birini dağıdıb, həmçinin ilkin hadisə yerindən bir neçə kilometr aralıda yerləşən kafenin qapısını sındırıb.

Polisin məlumatına görə, yaşı 22-39 arasında dəyişən yaralıların həyatına təhlükə yoxdur. Faktla bağlı araşdırmalara terrorla mübarizə bölməsi də cəlb olunub.

Hücumun dini nifrət zəminində törədildiyi ehtimalı da istisna edilmir. Bildirilir ki, şübhəli şəxs saxlanılarkən "ölkəni qoruduğunu" qışqırıb. (Oxu.az)

Yarıçılpaq şəxs küçədə insanlara hücum etdi – Bu ölkədə Yarıçılpaq şəxs küçədə insanlara hücum etdi – Bu ölkədə Yarıçılpaq şəxs küçədə insanlara hücum etdi – Bu ölkədə