Yeddi günlük matəm elan edildi - Bu ölkədə

Yeddi günlük matəm elan edildi - Bu ölkədə Dünya

Venesuelada yeddi günlük matəm elan edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib.

Matəm Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsi zamanı zamanı endirilən zərbələr nəticəsində həlak olan hərbçilərin xatirəsi ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 4-də Venesuela Ali Məhkəməsi D. Rodrigesi prezident vəzifəsini icra edən şəxs kimi tanıyıb, ayın 5-də isə o, and içib.

ABŞ prezidenti Donald Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı uğurlu zərbə endirdiyini açıqlayıb.

O qeyd edib ki, ölkə prezidenti N. Maduro və onun həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıb.