Yeni ana olan qadın 3 uşağını öldürdü - Bu ölkədə
Dünya
ABŞ-də doğuşdan sonrakı depressiyadan əziyyət çəkən qadın üç uşağının həyatına son qoyub, daha sonra isə özünü öldürməyə cəhd edib.
News24.az xəbər verir ki, 2023-cü ilin yanvarında Lindsi Klenci Daksleri şəhərindəki evində 5 yaşlı Kora, 3 yaşlı Douson və 7 aylıq Kallan adlı uşaqlarını elastik lentlərlə boğub, daha sonra isə evinin ikinci mərtəbəsindən özünü atıb. Uşaqlar xəstəxanada vəfat edib, təqsirləndirilən şəxs isə sağ qalıb. Lakin onurğa beyni zədəsi nəticəsində beldən aşağı iflic olub.
Prokurorlar iddia edib ki, o, cinayəti əvvəlcədən planlaşdırıb. O, həyat yoldaşını yemək almaq üçün restorana göndərib və onun qayıdış vaxtını “Apple Maps” vasitəsilə hesablayıb. Lindsi əvvəlcə günahını etiraf etməkdən imtina edib, lakin sonradan məhkəmə prosesinin iki mərhələyə, günah və cinayət məsuliyyəti hissələrinə bölünməsi şərti ilə uşaqlarını öldürdüyünü etiraf etməyə hazır olduğunu bildirib.
Onun vəkilləri iddia edib ki, 35 yaşlı qadın doğuşdan sonrakı depressiyadan əziyyət çəkib. O, təyin olunmuş dərmanları qəbul edib, buna görə də məsuliyyət daşımamalıdır.
Klençinin məhkəməsi 20 iyulda başlayacaq. Onun həyat yoldaşı Patrik Klenci isə arvadını müalicə edən psixiatrı səhv müalicə səbəbindən məhkəməyə verib. O, müalicənin qadının psixi vəziyyətinin pisləşməsinə gətirib çıxardığını iddia edib.