Yeni il gecəsi də hücumlar dayanmır – Zelenski açıqladı

Yeni il gecəsi də hücumlar dayanmır – Zelenski açıqladı Dünya

Bu gecə Ukrayna ərazisinə 200-dən çox zərbə dronu buraxılıb. Hədəflər enerji infrastrukturu olub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, dronların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hücumlar Volın, Rivne, Zaporojye, Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərinə yönəlib.

“Qətllər dayandırılmalıdır — həyatın qorunmasında fasilə ola bilməz. Əgər zərbələr hətta Yeni il bayramlarında da dayanmırsa, deməli, hava hücumundan müdafiə sistemlərinin tədarükü də gecikdirilə bilməz. Müttəfiqlərin əlində çatışmayan avadanlıqların nomenklaturası mövcuddur. Ümid edirik ki, dekabrın sonunda ABŞ-lə müdafiəmiz üçün razılaşdırdığımız bütün məsələlər vaxtında həyata keçiriləcək”, – o vurğulayıb.