"Yeni marşrutun şərəfimə adlandırılmasını yüksək qiymətləndirirəm"

"Yeni marşrutun şərəfimə adlandırılmasını yüksək qiymətləndirirəm" Dünya

“TRIPP (Tramp marşrutu) adlı layihə dünyanın iqtisadi baxımdan mühüm regionu boyunca keçən nəqliyyat dəhlizini nəzərdə tutur. Layihənin məqsədi Xəzər dənizinin o tayında ticarət fəaliyyətinin artımını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına töhfə verməkdir”.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp C5+1 formatında keçirilən görüş zamanı bildirib.

Trampın sözlərinə görə, bu marşrutun reallaşması Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi razılaşma sayəsində mümkün olub.

“Bu tarixi razılaşma həm də yeni “Tramp marşrutu”nun yaradılmasını nəzərdə tutur. Bu, əladır. Onlar onu mənim şərəfimə adlandırıblar və buna görə səmimi qəlbdən minnətdaram. Əslində, bu böyük bir nailiyyətdir. Yeni “Tramp marşrutu” beynəlxalq sülhə aparan yoldur. O, iqtisadi baxımdan mühüm regiondan keçir və Xəzər dənizinin o tayında ticarətin inkişafına, Mərkəzi Asiya xalqlarına kömək edəcək. Əminəm ki, bu gün burada təmsil olunan hər bir ölkə sülhün açdığı imkanlardan yararlana biləcək”, — deyə Tramp qeyd edib.