Yeni "sülh planı” Kiyevə yaşıl işıq yandırdı: Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər
Dünya
Yeni sülh planına görə, Ukrayna Avropa İttifaqına 2026-cı ildə daxil ola bilər.
News24.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Ukrayna tərəfindən ABŞ-yə göndərilən və Brüsselin dəstəklədiyi sənədin son redaksiyasında Ukraynanın Aİ-yə 1 yanvar 2027-dən gec olmayaraq qəbul olunması nəzərdə tutulub.
Qəzetin məlumatına görə, bu qərar yalnız Kiyevə yaşıl işıq verməyəcək, eyni zamanda Avropa İttifaqını yeni ölkələrin qəbuluna yanaşmalarını yenidən gözdən keçirməyə məcbur edəcək.
Əgər ABŞ bu təşəbbüsü dəstəkləsə, Donald Tramp öz dostu, Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynanın üzvlüyünü bloklamamağa təşviq edə bilər.
Xatırladaq ki, Ukrayna 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra Avropa İttifaqına üzvlük üçün müraciət edib və tezliklə namizəd statusu qazanıb.