Yerevanda Müdafiə Nazirliyinin anbarı yandı

Yerevanda Müdafiə Nazirliyinin anbarı yandı Dünya

Yerevanın mərkəzində yerləşən Ermənistan Müdafiə Nazirliyinin anbarlarından birində yanğın baş verib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, yanğın 11 avqust saat 18:00-da baş verib. Hadisə yerinə 6 yanğınsöndürmə və xilasetmə qrupu cəlb olunub. Yanğın mürəkkəbliyinə görə ikinci dərəcəli elan edilib.