Yermak istefa verdi

Yermak istefa verdi Dünya

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.

“Rusiya çox istəyir ki, Ukrayna səhvlər etsin. Bizim tərəfimizdən səhv olmayacaq. İşimiz davam edir. Mübarizəmiz davam edir. Sonadək getmək, geri çəkilmək və ya bir-birimizlə düşmənçilik etməyə haqqımız yoxdur. Birliyimizi itirsək, hər şeyi itirə bilərik: özümüzü, Ukraynanı, gələcəkimizi”, – Zelenski deyib.

Xatırladaq ki, noyabrın 28-i səhər saatlarında Andrey Yermakın ofisində və yaşayış ünvanlarında axtarışlar aparılıb.