Yoxa çıxmış təyyarənin axtarışlarına yenidən start verildi

Yoxa çıxmış təyyarənin axtarışlarına yenidən start verildi Dünya

Malayziya Nəqliyyat Nazirliyi 2014-cü ildə 239 nəfərlə birlikdə yoxa çıxan MH370 reysi üzrə təyyarənin axtarışının yenidən başlayacağını açıqlayıb.

News24.az xəbər verir ki, axtarışları “Ocean Infinity” şirkəti həyata keçirəcək və əməliyyat növbəti dəfə “tapılarsa ödəniş” prinsipi əsasında icra olunacaq.

Kuala Lumpur–Pekin marşrutu üzrə uçan Boeing 777 təyyarəsi radardan itib və aviasiya tarixinin ən böyük müəmmalarından birinə çevrilmişdi. Yeni missiyanın mümkün qalıqların yerləşdiyi ən daraltılmış ərazidə aparılması planlaşdırılır.