Yük maşını ilə avtobus toqquşdu: Çox sayda ölü var - Bu ölkədə

Yük maşını ilə avtobus toqquşdu: Çox sayda ölü var - Bu ölkədə Dünya

Hindistanın cənubundakı Telanqana ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 20 nəfər həlak olub, 18 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Paytaxt Heydarabada gedən avtobusda təxminən 70 sərnişin olub.

Hadisə zamanı çınqıl daşıyan yük maşını avtobusa çırpılıb. Nəticədə yükün bir hissəsi nəqliyyat vasitəsinin üstünə tökülüb.

Qəza yerinə xilasetmə xidməti cəlb edilib, insanların çıxarılması üçün ekskavatorlardan istifadə olunub.

İlkin məlumatlara görə, qəzanın səbəbi yük maşınının sürücüsünün yüksək sürətlə hərəkət etməsi və idarəetməni itirməsi olub.